ABŞ-İran memorandumunun detalları açıqlanacaq: Sanksiyalar ləğv oluna bilər
Vaşinqton və Tehran hərbi əməliyyatlara son qoyulmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Sun.Az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı danışan Tramp sazişin artıq imzalandığını təsdiqləyib.
"Saziş tam şəkildə imzalanıb", - deyə ABŞ lideri bildirib. O, sənədin hansı formatda imzalandığı barədə ətraflı məlumat verməyib.
Tramp qeyd edib ki, memorandumun şərtləri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, İran öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, ABŞ İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvinə başlayacaq.
ABŞ prezidenti həmçinin bildirib ki, Hörmüz boğazı hazırda qismən açıqdır və tam gəmiçilik hərəkətinin bərpası cümə günündən etibarən gözlənilir.






