Boreç

Boreç Şeirlər 20-06-2026, 22:00

"Gecən xeyirə qalsın, gülüm"

"Gecən xeyirə qalsın, gülüm"

Gecən xeyirə qalsın, gülüm,

Ay sevgimin ilk baharı, 

Taleyimdə olmayanım, 

Mən yatmıram, sən yat barı.

Yat ey könül sızıltım, yat.

Gözlərini yormadan, yat. 

Sevgimizin xatirinə, 

Səhərədək durmadan, yat.

Elə düşün yanındayam,

Yastığını qucaqla yat.

Ovsunlayıb bu həsrəti, 

Sevinclə yat, maraqla yat.

Yoza bilsən, yuxun ollam,

Yuxulardan soruş məni.

Səhər suya danış məni, 

Sən sulardan soruş məni.

Sübh çağında nəğmə qoşan, 

Dil-dil ötən sərçələrdən, 

Qumrulardan soruş məni.

Gözlərinin dərdin alım,

Gecən xeyirə qalsın, gülüm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
90 105 84 103 93 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.