Tehrandan sərt xəbərdarlıq: Danışıqlar dayandırıla bilər
İran İsrailin Livandakı hərbi əməliyyatları davam edəcəyi təqdirdə ABŞ ilə aparılan danışıqlardan imtina edə biləcəyini bəyan edib. Sun.Az
xəbər verir ki, bu barədə Tasnim agentliyi Telegram kanalı məlumat yayıb.
Hörmüz boğazının açılması üçün yalnız dəniz blokadasının aradan qaldırılması kifayət deyil.
"Danışıqlar qrupuna yaxın mənbə bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatları davam edərsə və Livanın ərazi bütövlüyü təmin olunmazsa, digər məsələlər üzrə danışıqların davam etdirilməsi mümkün olmayacaq", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Tehran regional təhlükəsizlik məsələlərini danışıqlar prosesinin mühüm şərtlərindən biri hesab edir.






