cabir

cabir Xəbərlər 23-06-2026, 18:30

Beyrut üzərində İsrail PUA-ları göründü

Beyrut üzərində İsrail PUA-ları göründü

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Livanın paytaxtı Beyrut üzərində müşahidə olunub.                          Sun.Az        

xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.                 

Agentliyin mənbəsinin sözlərinə görə, İsrailə məxsus kəşfiyyat dronları şəhər üzərində orta hündürlükdə patrul uçuşları həyata keçirib.

"Mühərriklərin səsi bir neçə saat ərzində eşidilib. Lakin dronlar aşağı hündürlükdə uçduqları zaman yaranan güclü səs-küy müşahidə olunmayıb. Adətən belə uçuşlar sakinlər arasında təşvişə səbəb olur", - deyə mənbə bildirib.

Məlumata görə, İsrail PUA-ları Beyrutun Burj əl-Baracnə, Qobeyri, Cnah, Hadas və Haret Hreik məhəllələrinin üzərindəki hava məkanında fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin ərazilərdə İsrailin tez-tez hədəf aldığı Hizbullah hərəkatına aid obyektlər yerləşir.

                                                                     

      

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
64 71 90 62 60 61

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.