cabir

cabir Xəbərlər 24-06-2026, 18:30

Fransada meşə yanğınları davam edir

Fransada meşə yanğınları davam edir

Fransada davam edən güclü isti hava şəraiti ölkənin müxtəlif bölgələrində genişmiqyaslı meşə yanğınlarına səbəb olub.

Yerli medianın məlumatına görə, ən böyük yanğınlardan biri Lot-e-Qaronna departamentində qeydə alınıb.                                Sun.Az                   

France 24-ə istinadən xəbər verir ki, burada alov 87 hektar ərazini əhatə edib və yanğının söndürülməsinə 180-dən çox yanğınsöndürən cəlb olunub. Men-e-Luara departamentindəki meşəlik ərazidə baş verən digər yanğının qarşısını almaq üçün isə 200-ə yaxın yanğınsöndürən və çoxsaylı texnika səfərbər edilib.

Bundan əlavə, Endr departamentində meşə yaxınlığında yerləşən 40 hektarlıq sahədə baş verən yanğın nəzarət altına alınıb. Hadisələr zamanı iki yanğınsöndürən müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, ölkədə müşahidə olunan rekord istilər səbəbindən 58 departament üzrə ən yüksək səviyyəli - "qırmızı" meteoroloji xəbərdarlıq qüvvədədir. Bu göstərici Fransa üçün indiyədək qeydə alınan ən genişmiqyaslı xəbərdarlıqlardan biri hesab olunur.

Müəllif: İlkin Məmmədkərimov

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
75 68 70 76 74 65

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.