ice berg

ice berg İdman 25-06-2026, 11:00

FİFA AÇIQLADI: Dünya Çempionatı Azərbaycanda keçiriləcək

FİFA AÇIQLADI: Dünya Çempionatı Azərbaycanda keçiriləcək

FİFA Şurasının Bürosu 2026-cı ildə keçiriləcək ilk FİFA U-15 Dünya Kuboku və 2026-cı il Futbol Festivalına Azərbaycanın ev sahibliyi edəcəyini təsdiqləyib.

 

Loading.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ötən ilin dekabrında FİFA Şurası oğlan və qızlardan ibarət 15 yaşadək futbolçular üçün yeni beynəlxalq turnirin yaradılmasını təsdiqləmişdi. Bu qərar qurumun uşaq və yeniyetmə futbolunun inkişafına yönəlmiş strategiyasının bir hissəsidir.

 

İlk turnir 2026-cı il oktyabrın 22-dən 31-dək keçiriləcək və FİFA-ya üzv olan bütün milli assosiasiyaların oğlanlardan ibarət U-15 komandalarının iştirakına açıq olacaq. 2027-ci ildə təşkil olunacaq ikinci yarış isə yalnız qızlardan ibarət komandalar üçün nəzərdə tutulub. 2028-ci ildən etibarən isə FİFA-ya üzv bütün milli assosiasiyalar həm oğlan, həm də qızlardan ibarət U-15 komandaları ilə iki ayrı turnirdə iştirak edə biləcəklər.

 

FİFAAzərbaycanın ev sahibi seçilməsini ölkənin yüksək səviyyəli idman və ümumi infrastrukturuna əsaslandırıb. Bildirilib ki, ölkə minlərlə uşaq futbolçunu və onları müşayiət edən heyəti mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanına malikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
73 74 89 59 79 90

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.