Boreç

Boreç Şeirlər 25-06-2026, 20:30

Əllərin

Əllərin


Məndən uzaqlarda neylər görəsən?

Özgə əllərimi tutar əllərin? 

Allahın qatında bağışlanılmaz, 

Ən böyük günaha batar əllərin.


Yanımda olasan ən yaxın anda,

Vüsal nəğmələri bir oxunanda, 

Saçıma, boynuma hər toxunanda, 

Ömrümə bir ömür qatar əllərin.


İndi ayrı-ayrı yaşasaq da biz,

Gecədən xəbərsiz, səndən xəbərsiz, 

Şirin xəyalınla hər gecə sənsiz, 

Bağrımın başında yatar əllərin.



Günahsız əlləri odda yaxmısan,

Hardan, haralara gedib çıxmısan? 

Niyə əllərimi boş buraxmısan? 

Uzatsan göylərə çatar əllərin.

                 Mirələm Məmmədov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
64 90 108 104 74 105

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.