Gördüm ki, ağlayan yoxdur halıma, Başladım halıma gülməyə mən də. Əbədi deyiləm, arxayın olun, Dünyaya gəlmişəm ölməyə mən də.
----------------------------------------
Heyifim axan göz yaşıma gəlir, Bəzən təkliyim də xoşuma gəlir. Ağlıma gəlməyən başıma gəlir, Adam yox dərdimi bölməyə məndə.
----------------------------------------
Dünənki qəmimi sabah bildilər, Susdum, sükutumu bir ah bildilər. Savab işimi də günah bildilər, Başladım onları silməyə mən də.







