Ağ Evdə İranla bağlı kritik müzakirələr aparılıb
ABŞ Prezidenti Donald Trampın administrasiya rəsmiləri ona İrana qarşı mümkün hərbi əməliyyat ssenariləri barədə məlumat veriblər. Sun.Az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Prezident Donald Tramp son günlər müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə İrana qarşı mümkün yeni zərbələri bir neçə dəfə müzakirə edib.
Məlumata əsasən, Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq ehtimalını nəzərdən keçirsə də, hələlik diplomatik danışıqları davam etdirməyə üstünlük verib.






