ice berg

ice berg Mətbəx 2-07-2026, 13:00

Kinoalı tabule resepti

Kinoalı tabule resepti

Kinoalı tabule təzə göyərtilərin və tərəvəzlərin mükəmməl uyumu ilə süfrənizdə sağlam bir alternativ yaradır. İncə doğranmış göyərtilər və ekşili sous ilə birləşən kinoa hər çəngəldə damaqda ləzzətli bir iz buraxır.

 

Loading.Az lazım olan ərzaqları təqdim edir:

 

1 stəkan kinoa

 

3 ədəd təzə soğan

 

3 budaq təzə nanə

 

Yarım dəstə cəfəri

 

1 ədəd pomidor

 

2 ədəd xiyar

 

1 ədəd qırmızı soğan

 

Yarım çay stəkanı zeytun yağı

 

1 çay qaşığı duz

 

2 xörək qaşığı nar turşusu (narşərab)

 

Yarım limonun suyu

 

Hazırlanması:

Kinoanı bir qazana tökün, üzərinə çıxacaq qədər su əlavə edib yumşalana qədər bişirin və süzün. Bu müddətdə bütün tərəvəzləri (pomidor, xiyar, göyərtilər, qırmızı və təzə soğan) mümkün qədər xırda şəkildə doğrayın.

 

Bişmiş və soyumuş kinoanı geniş bir salat qabına alın. Üzərinə doğranmış tərəvəzləri və göyərtiləri əlavə edin.

 

Ayrı bir yerdə zeytun yağı, nar turşusu, limon suyu və duzu qarışdırıb salatın üzərinə gəzdirin. Bütün ərzaqları yaxşıca qarışdırın.

 

Kinoanı bişirməmişdən əvvəl süzgəcdə soyuq suyun altında yaxşıca yumaq, onun özünəməxsus acımtıl dadını aradan qaldırır.

 

Kinoanı tərəvəzlərlə qarışdırmazdan əvvəl tam soyuduğundan əmin olun, əks halda tərəvəzləriniz tez solğunlaşa bilər.

 

Tabulenin ən əsas özəlliyi göyərtilərin çox xırda doğranmasıdır. Bu, salatın teksturasını daha zərif edir.

 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 79 53 60 83 91

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.