Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 16-11-2017, 12:26

Azərbaycanda baş verən zəlzələnin görüntüləri (Geniş məlumat)

Azərbaycanda baş verən zəlzələnin görüntüləri (Geniş məlumat)
Azərbaycanda baş verən zəlzələnin görüntüləri (Geniş məlumat)



Azərbaycanda baş verən zəlzələnin ilk videosu yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda işıq çilçıraqlarının sürətlə tərpəndiyi öz əksini tapıb. Görüntülər Gəncə şəhərində çəkilib.


[media=https://www.youtube.com/watch?v=x3zYKM75yTE]


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən açıqlamada ölkədə 6 bal gücündə zəlzələ olduğu bildirilir. Dağıntı və yaralıların olduğu qeyd edilib.




Dünən gecə saatlarlndan etibarən ölkənin bir çox bölgələrində güclü zəlzələ baş verib.

Episentri Bərdə şəhəri olan zəlzələ digər qonşu rayonlara da xeyli sayda ziyan vurub. Tərtər rayon İcra Hakimiyyətindən BiG.AZ-a verilən məlumata görə rayonda ziyan daha çox mal tövlələrinə və köməkçi tikililərə dəyib: "Hazırda Fövqəladə Hallar komissiyası ərazidədir və araşdırmalar aparır. Konkret olaraq dəymiş ziyan hesablanır və siyahı tərtib edilir. Ümumi olaraq onu deyə bilərik ki, daha çox ziyan mal-qara tövlələrinə və köməkçi tikililərə dəyib. Yaşayış evlərinə hələ ki, ziyan dəyməyib. Daha dəqiq məlumat isə siyahı hazır olduqdan sonra verləcək".


Ağdamda evləri dağılan əhalinin ADLARI AÇIQLANDI - SON FOTOLAR

2017-cı il noyabrın 15-də gecə saat 23.48 radələrində baş verən zəlzələ nəticəsində Ağdam rayonu ərazisində xeyli yaşayış evinə və ictimai binalara ziyan dəyib.

Ağdam İcra Hakimiyyətindən verilən məlumata görə, ümumilikdə 127 yaşayış evində iri və xırda çatlar əmələ gəlib, rayonun Üçoğlan kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus 1 mərtəbəli evin bir hissəsi uçub.

Bundan başqa zəlzələ nəticəsində 200 şagird yerlik Təzəkənd kənd tam orta məktəbində çatlar əmələ gəlib. Rayon İcra Hakimiyyətində əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin nümayəndələrindən ibarət yaradılan komissiya üzvləri hazırda zərər çəkmiş obyektlərə yerində baxış keçirilməsi üçün ərazilərə təhkim olunub.










Bərdədə zəlzələ: Məcburi köçkünlərin binası çat verdi - FOTOLAR


Bərdədə zəlzələ qeydə alınıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, zəlzələ nəticəsində 866 nömrəli məcburi köçkün qəsəbəsindəki binalarda çatlar əmələ gəlib. Təlaşa düşən bina sakinləri dərhal evlərini tərk ediblər.

Qeyd edək ki, sözügedən binalar yeni istismara verilib.

Həmin anın özəl fotolarını təqdim edirik:









Zəlzələ bir neçə gün, hətta bir ay da davam edə bilər - RƏSMİ


"Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər".



Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, noyabrın 15-də, saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin avtoşokları hələ davam edir: "Avtoşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Avtoşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur".

Sözçü qeyd edib ki, zəlzələnin avtoşokları bir neçə gün, hətta bir ay da davam edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
922 908 873 806 878 871

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.