Paşinyan "İnnoprom" sərgisi üçün Yekaterinburqdadır
Ermənistanın Baş naziri Nikol Paşinyan "İnnoprom" beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Rusiyanın Yekaterinburq şəhərinə səfər edib.
Paşinyan bu barədə özünün Telegram kanalında paylaşım edib. Bu, onun parlament seçkilərindən sonra etdiyi ilk Rusiya səfəridir.
"Mən Rusiyanın Yekaterinburq şəhərinə işgüzar səfərə gəldim", - deyə Paşinyan bildirib.
Baş nazir hava limanında milli geyimli qadınlar tərəfindən çörək-duzla qarşılanıb.
Qeyd edək ki, bu, Paşinyanın yenidən seçilməsindən sonra ikinci xarici səfəridir. O, bundan əvvəl İrana səfər etmişdi.






