cabir

cabir Xəbərlər 14-07-2026, 21:30

İran sanksiyalar fonunda neft ixracını artırır

İran sanksiyalar fonunda neft ixracını artırır

ABŞ hökumətinin 14 iyul tarixindən etibarən müvəqqəti ixrac icazəsini ləğv etməsi və İrana qarşı dəniz blokadasını yenidən tətbiq etdiyini açıqlaması fonunda Tehran Hörmüz boğazı vasitəsilə neft ixracını aktiv şəkildə davam etdirir.                                Sun.Az                    

xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.                                

Agentliyin məlumatına görə, ümumilikdə 12 milyon barel xam neft daşımaq gücünə malik, ABŞ sanksiyalarına məruz qalan altı supertanker transponderləri söndürülmüş vəziyyətdə Oman körfəzinə daxil olub.

Məlumata əsasən, İrana məxsus supertankerlərlə yanaşı, ABŞ sanksiyaları altında olan Tehranla əlaqəli çoxsaylı digər gəmilər, o cümlədən neft tankerləri, qazdaşıyan gəmilər və konteyner daşıyan yük gəmiləri də Hörmüz boğazından keçib.

Bununla yanaşı, Bloomberg qeyd edir ki, çərşənbə axşamı səhərinədək Hörmüz boğazında gəmi hərəkəti faktiki olaraq dayanıb.

                             

         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
35 61 26 45 51 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.