cabir

cabir Maraqlı 15-07-2026, 16:30

Qadının qeyri-adi addımı ərinin həyatını dəyişdi

Qadının qeyri-adi addımı ərinin həyatını dəyişdi

Çinli qadın Sonq Mey ərini qeyri-adi üsulla komadan ayılmağa kömək etdiyini iddia edib.                                        Sun.Az                     

xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.                 

Hadisə 2019-cu ilin oktyabrında baş verib. Bildirilir ki, Sonq Meyin əri Çjao Cinqyan üç yaşlı uşağını xilas etmək üçün anbarın damına çıxıb. O, uşağı tutsa da, təxminən altı metr hündürlükdən yıxılıb. Yıxılarkən uşağı öz bədəni ilə qoruyan Çjao ağır kəllə-beyin travması alaraq komaya düşüb. Uşaq isə xəsarət almadan sağ qalıb.

Sonq Mey həmin vaxtdan etibarən ərinə fasiləsiz qulluq edib. O, gecə cəmi üç saatdan az yatdığını, ərinə mahnılar oxuduğunu və hər gün masaj etdiyini bildirib.

Qadın daha sonra qeyri-adi üsula əl ataraq ərinin ayaq barmaqlarını dişləməyə başlayıb. O, ağrı hissinin ərinin reaksiyasına səbəb olacağına ümid edib. Məlumata görə, bir müddət sonra Çjaoda həyat əlamətləri müşahidə olunmağa başlayıb və o, vegetativ vəziyyətdən çıxıb.

                                        

           

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
44 55 50 50 38 29

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.