cabir

cabir Xəbərlər 17-07-2026, 17:30

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub.         Sun.Az               

ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb.                       

Ən ağır zərbələrdən biri Odessa şəhərinə endirilib. Hücum zamanı 2 nəfər ölüb, ikisi uşaq olmaqla 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumı vilayətində isə 7 nəfərin yaralandığı bildirilir. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir.

Zaporojye vilayətində də Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Ukrayna rəsmiləri dağıntıların aradan qaldırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlərin davam etdiyini bildiriblər.

Müəllif: İlkin Məmmədkərimov

                      

                   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 42 22 30 30 41

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.