Tramp televiziya kanallarını hədəf aldı: "Lisenziyaları ləğv edilməlidir"
ABŞ Prezidenti Donald Tramp televiziya ilə etdiyi müraciətin bəzi yayım şəbəkələri tərəfindən canlı yayımlanmamasına sərt reaksiya verib. Sun.Az
CBS News-a istinadən xəbər verir ki, Tramp bildirib ki, telekanallar çıxışının məzmunundan əvvəlcədən xəbərdar olsalar da, onu efirə verməməyi seçiblər. Onun sözlərinə görə, bunun səbəbi müraciətdə səsləndirilən fikirlərlə razılaşmamalarıdır.
ABŞ prezidenti media qurumlarını ölkədəki problemlərin ictimaiyyətə çatdırılmasına mane olmaqda ittiham edərək, bu davranışın qəbuledilməz olduğunu vurğulayıb. O, belə halların yayım lisenziyalarının ləğv edilməsi üçün əsas yaratdığını bildirib.
Tramp çıxışında ABŞ-də seçki prosesini də tənqid edib. O, ölkədə keçirilən seçkilərin şəffaflığı ilə bağlı narazılığını ifadə edərək, hətta bəzi inkişaf etməkdə olan ölkələrin seçkiləri daha yaxşı təşkil etdiyini iddia edib.
Müəllif: İlkin Məmmədkərimov






