Almaniya və Fransa nüvə çəkindirməsi üzrə ilk birgə hava təliminə başlayıb
Almaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşma çərçivəsində ilk dəfə birgə hərbi hava təlimi keçiriblər.
Məlumata görə, təlimlər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Nörvenix aviabazasında təşkil olunub. Sun.Az
DW-yə istinadən xəbər verir ki, manevrlərin ilk mərhələsində Fransaya məxsus iki "Rafale" və Almaniyanın iki "Eurofighter" qırıcı təyyarəsi havada yanacaq doldurma üzrə məşqlər icra edib.
Bildirilir ki, bu təlimlər mart ayında Paris və Berlin arasında nüvə çəkindirməsi sahəsində əldə olunan razılaşmanın praktiki icrasına yönəlmiş ilk birgə hərbi fəaliyyət hesab olunur.
Müəllif: İlkin Məmmədkərimov






