Və söz verirəm: səni hər gün yenidən, dünəndən bir az daha gözəl sevəcəm
*Və söz verirəm: səni hər gün yenidən, dünəndən bir az daha gözəl sevəcəm.*
Söz verirəm ki, sevgimi rutinə çevirməyəcəm.
Hər səhər oyananda səni yenidən kəşf edəcəm.
Dünən sənin hansı sözünə güldüm, hansı hərəkətinə heyran qaldımsa, bu gün ona bir dənə də üstünə əlavə edəcəm.
Səni dünən necə sevmişəmsə, bu gün bir az daha dərindən sevəcəm.
Bir az daha səbirlə dinləyəcəm, bir az daha diqqətlə baxacağam, bir az daha möhkəm qucaqlayacağam.
Yorulanda əsəbləşmək əvəzinə başa düşəcəm.
Uzaqda olanda darıxmağımı deməkdən çəkinməyəcəm.
Yaxında olanda isə hər dəqiqənin qədrini biləcəm.
Söz verirəm ki, kiçik şeyləri böyütməyəcəm, böyük sevgimizi isə heç vaxt kiçiltməyəcəm.
Sənin xoşbəxtliyini öz xoşbəxtliyimdən üstün tutacağam.
Düşəndə əlindən tutacağam, qalxanda isə ən ucadan sənin üçün alqış çalacağam.
Və ən əsası, səni dünənki səhvlərinlə yox, bugünkü ürəyinlə sevəcəm.
Çünki sevgi bir dəfə deməklə bitmir.
Sevgi hər gün təzədən seçməkdir.
Və mən səni hər gün, dünəndən bir az daha gözəl sevəcəm.







