İİKK Küveytdəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) şənbə günü qüvvələrinin Küveytdəki ABŞ hərbi obyektlərini hədəf aldığını açıqlayıb. Sun.Az
The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə SEPAH-a bağlı Tasnim xəbər agentliyi məlumat verib.
Bəyanatda həmçinin ABŞ qüvvələrinə ev sahibliyi edən ölkələrin əraziləri İrana hücumlar üçün istifadə olunarsa, "müvafiq cavablar" gözləməli olduqları barədə xəbərdarlıq edilib.
Müəllif: İlkin Məmmədkərimov






