Ölən- ölüb,köçən- köçüb,əzizim
Bu verdiyin qəm- kədərin üzündən,
Xəzan çöküb baharımın üstünə.
Gül olsan da əkməsinlər nəbadə,
Səni mənim məzarımın üstünə.
Ağ kəfənə büküb,qara torpağa
qoyub,sakit başım üstə durublar.
Heç əziyyət görməyəntək,şəklimi
başdaşıma gülən halda vurublar.
Düşünürsən indi olan dərdinə,
“Bağışladım səni”desəm də,bəsdir.
Zamanında bilməmisən qədrimi,
İndi ahın- nalələrin əbəsdi.
Peşmanlığın fayda verməz,qəm yemə,
Olan- olub,keçən- keçib,əzizim.
Qəbrimi çox əzizləmə,get evə,
Ölən- ölüb,köçən- köçüb,əzizim.🌸
Elnur Əliyev.







