amon

amon Şeirlər 20-07-2026, 15:10

Sənsən

Sənsən

Özgə sevgilərə toxdu gözlərim,
Ruhumun, qəlbimin qidası sənsən.
Mənim nağıl kimi bu həyatımın
Nöqtəsi, vergülü, nidası sənsən.

​Yaratdın yenidən külümdən məni,
Ayırma, ay Allah, gülümdən məni.
Duyulur arzular dilimdən mənim,
Dilimin əən gözəl duası sənsən.

​Sən gül, üzü dönsün bizdən həsrətin,
Olmasan, mən gülüb sevinim çətin.
Dünyaya sığmayan bu məhəbbətin
Sinəmdə hayqıran sədası sənsən.

​Yaradan mənimçün səni yaratdı
Sevgimin şahidi bu kainatdı.
Bu sevda içimdə alovdu, oddur,
Yanmağın əən incə ədası sənsən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
103 107 105 104 90 92

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.