İran və Ukrayna münaqişələri qızışdığı bir vaxtda Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı səhər Manilada keçirilən ASEAN sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Loading.Az
CNN-ə istinadən xəbər verir ki, heç biri jurnalistlərin Rusiyanın ABŞ qoşunlarını hədəf almağa kömək etməklə İranı dəstəkləyib-dəstəkləmədiyi və ya Moskvanın Ukraynaya tammiqyaslı işğalını dayandırmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suallarını cavablandırmayıb.
Dövlət Departamentinin daha sonra verdiyi açıqlamada iki səfirin "ABŞ-Rusiya münasibətləri və Rusiya-Ukrayna müharibəsinə son qoymaq zərurəti"ni müzakirə etdiyi təsdiqlənib.
Müəllif: İlkin Məmmədkərimov






