Sirli hadisələr və onların sadə izahı – 2
Roanok koloniyasının yoxa çıxması
Roanok koloniyası ya Şimali Amerikada ilk daimi yaşayış məskəni, ya da yaxşı düşünülmüş pis niyyətli bir zarafat idi. Koloniyanın öz hesabına təsis edildiyi Ser Uolter Reyli məskunlaşanları (117 kişi, qadın və uşaq) ora 1587-ci ildə göndərmiş və onları çox güman ki, sadəcə sağ qalıb-qalmayacaqlarını görmək üçün heç bir ərzaq ehtiyatı olmadan talelərinin ümidinə buraxmışdı.
Lakin, heç kəsin gözləmədiyi bir şey baş verdi – koloniya sadəcə olaraq yoxa çıxdı. 1590-ci ildə ikinci məskunlaşan qrup yalnız bir skelet və ağac üzərində yazılmış sirli “croatoan” sözünü aşkar etdi.

Koloniyanın başına nə gəldi? Bəlkə məskunlaşanlar yadplanetlilər və ya başqa sirli varlıqlar tərəfindən qaçırıldı?
Sadə izah:
NUO (naməlum uçan obyektlər) və ya ruhların burada günahı yoxdur. Sadəcə olaraq talenin ümidinə buraxılanlar “croatoan” qəbiləsinin yerli sakinləri ilə tanış oldular və onlar qida necə tapmağı və ümumiyyətlə, bu adada necə yaşamağı məskunlaşanlardan yaxşı bilirdi. Buna görə də onlar koloniyanı tərk etməklə və “croatoan”larla birləşməkdə çox ağıllı qərar qəbul etmişdilər.






