Sirli hadisələr və onların sadə izahı – 4
Dəli qazçı
30-cu illərin əvvəlində Amerika şəhərlərindən ikisi qəribə təcavüzlərə məruz qalırdı: axırda “dəli qazçı” adını almış bir şəxs insanların evlərini zəhərli qazla pəncərələrindən yayaraq zəhərləyirdi, bəzən də zərərçəkənlərin zəhərlənmiş məkandan çıxmasının qarşısının alınması üçün barrikadalar qururdu. Bu hücumların qurbanları zəiflik və boğaz ağrılarından şikayət edirdi. Bu hadisələr əhali arasında böyük təşviş yaratdı.
Təbii ki, bu hadisənin rəsmi şəkildə araşdırılmasına başlanıldı. Bəzi zərərçəkənlər “qazçı manyakı” görə bildiklərini iddia edirdilər, lakin onların hamısı “dəli qazçını” tamamilə fərqli şəkildə təsvir edirdi. Biri onun kişi, digəri qadın olduğunu deyirdi, başqa birinə arıq, digərinə dolu görünürdü... Ümumiyyətlə, bütün təsvirləri bir yerə toplasaq, dünyada çətin ki, bu təsvirlərin heç olmasa birinə uyğun gələn bir adam tapılsın. “Dəli qazçı” hələ də tutulmadı, ancaq bu əhvalat şayiələr və bəziləri tamamilə ağlasığmaz olan müxtəlif versiyalarla daha zənginləşdi.
Sadə izah:
İstintaqın başlamasından iki həftə keçdikdən sonra sağlamlığın mühafizəsi üzrə komissiyanın üzvü Tomas Rayt bildirdi: «həqiqətən də “qaz manyakının” mövcud olması və onun doğrudan da bir neçə hücumlar həyata keçirməsinə dair heç bir şübhə yoxdur. Lakin, hücumlar barədə iddiaların əksrəyyəti kütləvi isteriyadan başqa bir şey deyil. Bütün şəhər isteriya xəstəliyinə tutulub».
Yerli polis rəisi bildirdi ki, qaz manyakı deyilən bir adam mövcud deyil. Sadəcə olaraq bəzi insanlar pəncərinin çöl tərəfindən səs-küy eşitdi, pəncərəni açdı, qəribə qoxu hiss etdi və qaz manyakı haqqında şayiələr yaydı. Nəzərə almaq lazımdır ki, şəhərdə havanı çirkləndirən çoxsaylı müəsissələr var idi.
Ancaq bu bəyanatlar insanları sakitləşdirmədi. Qaz hücumları barədə məlumatlar daxil olmağa davam edirdi, lakin bunların heç biri təsdiqini tapmadı.
Çox güman ki, “qaz manyakı” həqiqətən mövcud olub. Tədqiqatçılar bildirirlər ki, nəhayət, manyakın şəxsiyyəti müəyyən edildi və o, pəncərələrdən qazı bir neçə dəfə yaymaqla kütləvi isteriyaya səbəb olan yerli tibb institutunun tələbəsi oldu. Ondan bunu nə üçün etdiyini soruşanda, sadəcə dəliyəm cavabını verdi.






