ice berg

ice berg Xəbərlər 28-07-2026, 20:00

Yeni ekspres avtobus marşrutu açılır: Gediş haqqı 1 manat 50 qəpik

Yeni ekspres avtobus marşrutu açılır: Gediş haqqı 1 manat 50 qəpik

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.

 

AYNA-dan vertilən məlumata görə, "Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.

 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1 manat 50 qəpik müəyyən edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
56 48 37 58 37 66

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.