Budda

Budda Müxtəlif 28-07-2026, 22:30

Özümü öldürdüyüm günün ertəsi

Özümü öldürdüyüm günün ertəsi

özümü öldürdüyüm günün ertəsi, öldürməməyi yoxladım amma başladığım işi bitirə bilmədim. özümü öldürdüyüm günün ertəsi, həmin yerə bir daha gedib günəşin doğuşunu izlədim. günəş yenə doğdu, sanki heç nə olmamış kimi. sanki mən dünən yox olmuş olsam da, heç nə dəyişməyəcəkdi. o an anladım ki, varlığımın o qədər də önəmi yoxdur, amma özüm üçün nə qədər vacib olduğu hələ də sual altındaydı. günəşin işığı üzümə düşəndə gözlərimi yumdum. düşündüm ki, əgər bu işıq məni hələ də isidirsə, bəlkə də hər şey bitməyib. bəlkə də bu, son deyil, sadəcə bir sınaqdır. bəlkə də özümü öldürməyə çalışmaq əslində məni həyata qaytarmaq üçün idi. bir az gözlədim, nəfəsimi saydım, sonra ayağa qalxdım. hələ də buradayam.
özümü öldürdüyüm günün ertəsi, ilk dəfə doğrudan da yaşamağı yoxlamağa qərar verdim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
104 93 78 79 74 78

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.