cabir

cabir Xəbərlər 29-07-2026, 10:30

Azərbaycanlı gənc Portuqaliyada itkin düşdü

Azərbaycanlı gənc Portuqaliyada itkin düşdü

Portuqaliyada yaşayan azərbaycanlı gənc itkin düşüb.              Loading.Az             

Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun atası məlumat yayıb.                  

Bildirilib ki, Portuqaliyada yaşayan və işləyən 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür xəbər yoxdur.

Onun atası Natiq Məmmədov sosial şəbəkədə paylaşım edərək deyib ki, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zəng vasitəsilə danışıb. Həmin vaxtdan etibarən telefonu sönülüdür və "WhatsApp"ına yazılan mesajlar cavabsızdır.

İ.Mirməmmədovun Setubal şəhəri yaxınlığında və ya Nazare (Nazaré) ərazisində yaşadığı, işlədiyi ehtimal olunur.

Atasının bildirdiyinə görə, oğlu gəmiqayırma və digər sahələrdə biznesi olan moldovalı sahibkarın avtoservisində çalışırmış.

Ailə artıq Portuqaliya polisinə müraciət edib.

                    

                 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
39 36 49 43 59 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.