İran ABŞ-ın adaya endirdiyi zərbələr nəticəsində üç nəfərin öldüyünü bildirir
İranın dövlət mediası ABŞ-ın Hörmüz boğazı boyunca ölkənin cənub sahilindəki Qeşm adasına hücumları nəticəsində üç nəfərin öldüyünü bildirir. Loading.Az
Reuters-ə istinadən xəbər verir ki, İran mediasının verdiyi məlumata görə, ərazidə partlayış səsləri eşidilib və ABŞ-ın Qeşm adasındakı yaşayış məntəqəsinə zərbə endirib. ABŞ ordusu dəfələrlə mülki şəxsləri hədəf almadığını bildirib. Mərkəzi Komandanlığın daha əvvəl verdiyi açıqlamada ABŞ-ın "hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə qurğuları, sahil müşahidə və müdafiə sahələri və dəniz imkanları" da daxil olmaqla onlarla hədəfə zərbə endirdiyi bildirilirdi.
ABŞ ordusundan ölüm xəbərlərinə dərhal reaksiya verilməyib.
Müəllif: İlkin Məmmədkərimov






