weher uwagi

weher uwagi Heyvanlar aləmi 31-07-2026, 12:00

Dünyanın ən xırda həşəratları

Dünyanın ən xırda həşəratları

· Pəri milçəkləri (Dicopomorpha echmepterygis) – Mymaridae fəsiləsinin pərdəqanadlılar dəstəsinə aid olan, əksəriyyəti parazitoid (parazit arılar – pəri milçəkləri) olan və dünyanın ən kiçik ölçülü həşərat növüdür. Növ 1997-ci ildə (Mockford 1997) Mərkəzi Amerikada (Kosta-Rika) kəşf edilmişdir.

Dünyanın ən xırda həşəratları

Bu yumurta yeyən parazitlərin erkəkləri dünyada həşəratların ən kiçiyi hesab edilir: onların uzunluğu təxminən 0,139 mm-dir (infuzor tərlikdən belə kiçikdir). Bığları bədən uzunluğu ilə eynidir. Rekord əvvəl bədən uzunluğu 0,170 mm olan Megaphragma caribea (Trichogrammatidae) növünə aid olub (Delvare 1993). Dişiləri isə qanadsız və gözsüz erkəklərdən 40% daha iridir.

Pulcuqqanadlı qabıq biti olan Echmepteryx hageni (Psocoptera: Lepidopsocidae) yumurtalarında parazit qoyur.

¯\_(ツ)_/¯

· Lələkqanadlı böcəklər (Scydosella musawasensis) – Ptiliidae fəsiləsinə aid lələkqanadlı mikroskopik böcək növüdür. Monotipik Scydosella cinsinin tərkibində yeganə növdür. Dünyanın ən kiçik sərtqanadlı həşəratıdır. Mərkəzi və Cənubi Amerika: Kolumbiya və Nikaraquada yayılıb.

Lələkqanadlı böcəklər çox kiçik ölçüdədir. Bədən uzunluğu 0,325÷0,352 mm aralığında , böcəklərin orta uzunuğu isə 0,338 mm təşkil edir. Böcəklərin maksimal bədən eni 0,098 mm-dən 0,104 mm-ə qədərdir. Bədən forması uzunsov və oval, sarımtıl-qəhvəyi rəngdədir. Dodaqaltı hiss orqanları yoxdur. Rus koleopteroloq (böcəkləri və sərtqanadlı həşəratları öyrənən bioloq-alim deməkdir) Aleksey Polilov tərəfindən 2015-ci ildə aparılan tədqiqatlar nəticəsində dəqiqləşdirilmiş məlumatlara əsasən (Rusiya, Moskva, MDU) bu böcək sərtqanadlılar dəstəsinin ən kiçik nümayəndəsi və sərbəst hərəkət edən ən kiçik həşərat hesab edilmişdir (Mymaridae fəsiləsindən olan Dicopomorpha echmepterygis parazit arısı ən kiçik sayılır, onun uzunluğu 0,139 mm-dir). Əvvəllər bu cür Nanosella fungi hesab edilirdi (onun ölçüsü səhv təqdim olunmuş çıxdı).

Növ ilk dəfə 1999-cu ildə amerikalı entomoloq Wesley Eugene Hall (ABŞ, Nebraska şaştı, Linkoln, University of Nebraska State Museum) tərəfindən Nikaraquada toplanmış bir neçə nümunələr əsasında kəşf edildi.

Bu böcək növü Steccherinum cinsinə aid qurumuş göbələklərin borucuqlu qatında məskunlaşır. Növ adı S. musawasensis Nikaraquada (Musawas, Río Waspuk) tip seriyanın aşkar edildiyi ərazinin adından götürülmüşdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 47 59 64 51 77

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.