ice berg

ice berg Şeirlər 5-08-2026, 23:00

Vaxtında gəlmədin...

Vaxtında gəlmədin...

Vaxtında gəlmədin...

Mən məndim onda,

Qanadım yerində,

Qolum yerində.

Mən onda eşqimin ağ otağında

Olsam da,olardım qurum yerində.

 

Vaxtında gəlmədin.

Bir çıxaq yola,

Bir gedək bir

ömrün sonuna kimi.

Yollarda yorulaq, yolları yoraq,

Qəlbimiz baş-başa sönənə kimi.

 

Mən də çox ürəyə od dartdım,hədər,

Heç vaxta sığmadı havalı vaxtım.

Caynaqdan,qaynaqdan uzaqdı hələ

O mənim abırlı, həyalı vaxtım.

 

Görmüşəm vədəsiz batan səsləri,

Hay çəkən qayanı,daşı görmüşəm.

Xəyanət işində ustad kəsləri

Dəyanət işində naşı görmüşəm.

 

Ha dedim özümə özündən əl çək,

Uysan hər havaya,oynamaq asan...

Taleyin dalınca gedirsən,gərək

Qovrulsan,sovrulsan,qayıtmayasan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
54 48 40 32 38 67

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.