ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 5-08-2026, 21:44

Bu ərazilərə işıq fasilələrlə veriləcək

Bu ərazilərə işıq fasilələrlə veriləcək

Bu ərazilərə işıq fasilələrlə veriləcək

Bu gün Bakı və Ağdaşın bəzi ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

"Azərişıq"dan Take.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də paytaxtda Transformator Məntəqəsində (TM), Ağdaşda 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəlləni, saat 10:00-dan 14:00-dək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
37 51 49 56 48 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.