Tokayev, Rəhmon və Mirziyoyevdən Paşinyana təbrik mesajı
Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər. Loading.Az
xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti - Aqorda "Telegram" kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, Qasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistan xalqının rifahı naminə dövlət fəaliyyətində davamlı uğurlar arzulayıb.
Tacikistan Prezidenti Emoməli Rəhmon isə təbrik müraciətində Paşinyanın yenidən seçilməsinin cəmiyyətin ölkə rəhbərliyinə göstərdiyi etimadın təzahürü olduğunu qeyd edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Nikol Paşinyana Ermənistanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.






