Çinin Ay missiyasında ilk dəfə Afrika da təmsil olunacaq
Afrika ilk dəfə öz elmi avadanlığı ilə Çinin Ay proqramında iştirak edəcək. Loading.Az
xəbər verir ki, bu barədə "Global Times" (GT) qəzeti məlumat yayıb.
Cənubi Afrika Radio Astronomiya Rəsədxanasının Africa2Moon missiyasının direktoru və regional proqram meneceri Karla Mitçell bildirib ki, Afrika Kosmos Təşəbbüsü Çinin "Chang'e 8" Ay missiyasında açıq və inklüziv əməkdaşlıq çərçivəsində iştirak etməyə sadiqdir.
Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq Afrikadakı bir elmi müəssisə Ay missiyası üçün hazırladığı elmi aləti təqdim edəcək. Bu addım qitənin kosmik tədqiqatlar sahəsində mühüm nailiyyəti kimi qiymətləndirilir.






