ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 6-08-2026, 19:33

Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 15,4 faizi siqaret istifadəçisidir.

Take.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, siqaret çəkənlərin xüsusi çəkisi yaş artdıqca yüksəlir. Belə ki, 15-19 yaş qrupunda bu göstərici 0,3 faiz, 20-44 yaş arasında 15,3 faiz, 45-64 yaş arasında 21,4 faiz təşkil edir. 65 yaş və yuxarı əhali arasında isə siqaret çəkənlərin payı 14,9 faizdir.

Məcmuədə qeyd olunur ki, siqaret istifadəçiləri bu vərdişə orta hesabla 22,7 yaşında başlayırlar. 15-19 yaş qrupunda siqaretə başlama yaşı orta hesabla 16,7, 20-44 yaş arasında 21,7, 45-64 yaş arasında 23,5, 65 yaş və yuxarı əhali arasında isə 23,7 yaş göstərilib.

Statistikaya görə, siqaret çəkənlər gündə orta hesabla 15,6 ədəd siqaret istifadə edirlər. Gündə 20 ədəddən çox siqaret çəkənlərin payı isə 7,3 faiz təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
51 44 59 76 41 57

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.