cabir

cabir Sağlamlıq 6-08-2026, 21:00

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb.                 Loading.Az          

xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb.             

Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər. O bildirib ki, bu içki koqnitiv funksiyalara müsbət təsir göstərdiyi elmi araşdırmalarla təsdiqlənmiş bir sıra faydalı maddələrlə zəngindir.

Kiran Bat qeyd edib ki, qəhvənin əsas aktiv komponentlərindən biri olan kofein orqanizmdə yuxululuq hissi yaradan adenozin maddəsinin təsirini bloklayır. Bu isə gün ərzində diqqətin cəmlənməsinə, ayıqlığın və konsentrasiyanın artmasına kömək edir.

                          

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
52 45 48 56 44 47

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.