Rusiya BMT-də Ukrayna ilə bağlı yeni iddialar səsləndirdi
Ukrayna Afrikada terror fəaliyyəti ilə məşğuldur və Kiyevə verilən silahlar yaraqlıların əlinə keçir. Loading.Az
xəbər verir ki, bu iddianı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya missiyanın rəsmi internet səhifəsində yayımlanan açıqlamasında səsləndirib.
Nebenzya bildirib ki, söhbət pilotsuz uçuş aparatlarının (PUA) tədarükündən və Ukrayna hərbi təlimatçıları tərəfindən silahlı qruplaşma üzvlərinə birbaşa təlim keçirilməsindən gedir.
"Ukraynaya Qərb ölkələri tərəfindən verilən silahların həm Afrikada, həm də Latın Amerikasında yaraqlıların əlinə keçməsi halları qeydə alınıb", - deyə o iddia edib.






