cabir

cabir Xəbərlər 6-08-2026, 17:30

Rusiyalı yazıçı qonaq olduğu ölkədə həbs edildi

Rusiyalı yazıçı qonaq olduğu ölkədə həbs edildi

Rusiyalı tarixçi və yazıçı Artem Kirpiçenokun İsraildə həbs edildiyi iddia olunur.                        Loading.Az            

xəbər verir ki, bu barədə publisist və Rusiya Dövlət Dumasının sabiq deputatı Darya Mitina Telegram kanalında paylaşım edib.         

"Təəssüf ki, ən böyük qorxularımız təsdiqləndi. Artem İvanoviç Kirpiçenok həbsdədir və İsrailin daxili təhlükəsizlik xidməti olan Şabakın nəzarətindədir", - deyə Mitina yazıb.

Məlumata görə, alim avqustun 2-də İsrailə gəldikdən dərhal sonra onunla əlaqə kəsilib.

Qeyd edək ki, Artem Kirpiçenok sionizm tarixi üzrə araşdırmaları ilə tanınır. O, məqalə və çıxışlarında İsrail hökumətinin siyasətini tənqid edən publisist kimi də tanınır.

                

                    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
47 45 24 18 24 39

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.