Pomidorlu arpa şehriyə plovu
Pomidorlu arpa şehriyə plovu 🍅
Ərzaqlar:
- 1 stəkan arpa şehriyə
- 1 ədəd pomidor
- 1 xörək qaşığı tomat pastası
- 1,5 stəkan isti su
- 1 xörək qaşığı kərə yağı və ya duru yağ
- Duz
- İstəyə görə qara istiot
Hazırlanması:
- Tavada yağı qızdır və arpa şehriyəni əlavə edib qızılı rəng alana qədər qovur.
- Üzərinə rəndələnmiş pomidoru və tomat pastasını əlavə et.
- 2–3 dəqiqə qarışdıraraq bişir.
- İsti suyu və duzu əlavə et.
- Qapağını bağla və zəif odda suyu çəkilənə qədər təxminən 10–15 dəqiqə bişir.
- Ocağı söndürüb 5 dəqiqə dəmlənməyə qoy.






