ice berg

ice berg Xəbərlər 8-08-2026, 16:00

Paşinyan Azərbaycan və Ermənistan xalqlarını 8 avqust münasibətilə təbrik etdi

Paşinyan Azərbaycan və Ermənistan xalqlarını 8 avqust münasibətilə təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib.

 

Loading.az xəbər verir ki, Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində deyib.


Paşinyan bildirib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticəsində iki ölkə arasında sülh bərqərar olub.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü “Sülh Sammiti”, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə bəyannaməni isə “Sülh Bəyannaməsi” adlandırır.

 

“Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hiss ediləndir”, – Paşinyan bildirib.

 

Baş nazir qeyd edib ki, bununla belə, sülh gündəliyinin həyata keçirilməsində son nöqtəyə hələ çatılmayıb. O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” hələ imzalanmalı və ratifikasiya olunmalıdır. Paşinyan, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının davam etdirilməli olduğunu bildirib.

 

“Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. O, gözünüzün qarşısındadır, həyatınızın və gündəlik həyatın bir hissəsinə çevrilib”, – Baş nazir əlavə edib.

 

O, Ermənistan-Azərbaycan sülhünün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

 

“Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”, – Paşinyan müraciətini yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
36 49 51 51 37 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.