Rusiya rəsmisindən Polşa prezidentinə sərt cavab: "Sadəcə axmaqdır"
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Polşa prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək" çağırışına münasibət bildirib. Loading.Az
xəbər verir ki, Kolesnikin sözlərini NEWS.ru yayıb.
Rusiya rəsmisi Polşa prezidentini sərt ifadələrlə tənqid edib.
"Karol Navrotski sadəcə axmaqdır. Deyəsən, o, yaxşı başlayıb, olduqca layiqli açıqlamalar verib. Amma polşalı polşalıdır", - deyə Kolesnik bildirib.
O əlavə edib ki, əgər Polşa rusları bu qədər sevməsəydi, İkinci Dünya müharibəsi zamanı Qırmızı Ordunun ölkəyə qazandırdığı Ştettindən Dansiqə qədər əraziləri Moskvaya qaytara bilərdi.






