ice berg

ice berg İdman 9-08-2026, 11:00

“Nyukasl”ın yeni baş məşqçisi bəlli olub

“Nyukasl”ın yeni baş məşqçisi bəlli olub

“Nyukasl Yunayted” Eddi Haunun gedişindən sonra yeni baş məşqçisini müəyyənləşdirib.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə klubu 38 yaşlı almaniyalı mütəxəssis Mattias Yaysleni baş məşqçi təyin edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı bildirilir.

 

Yaysle daha əvvəl “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarını çalışdırıb. O, “Əl-Əhli” ilə ardıcıl iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub, həmçinin Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

 

Mütəxəssis xüsusilə gənc futbolçuların inkişafına verdiyi önəm və yüksək intensivlikli pressinq futbolu ilə tanınır. “Nyukasl” rəhbərliyinin də məhz bu xüsusiyyətlərə görə Yaysleni əsas namizəd seçdiyi bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 36 45 31 51 43

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.