Kukulka

Kukulka Maraqlı 18-11-2017, 18:00

♡❤ •°■°♕Novxanı kəndii ♕♡❤ •°■°

♡❤ •°■°♕Novxanı kəndii ♕♡❤ •°■°
♡❤ •°■°♕Novxanı kəndii ♕♡❤ •°■°









Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. . Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- farsca "nov xanı" adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır.Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox oxşasa da fərqli cəhətləridə vardır. Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanı kəndinin əncir və üzümü başqa kəndlərdən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, insanlar əsasən əkinçilik və maldarlıqla məşğul olmuşlar. Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zər baftadan tikmələr tikilib. Yerli əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən bir fakt tez-tez vurğulanır ki, novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən xeylisi bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır. Məsələn, bağa köçəndə, bağdan geri qayıdanda "Yurd halvası " çalınır, bağa gedənlər üçün aparılırmış. Kənddə əsasən xəmir və ət xörəklərinə üstünlük verilir. Kənddə Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Ümgülsüm, Oqtay Sadıqzadəl, Kamil Balakişiyev, Ruhulla Qafil, Həbib Balasadıqoğlu, Əzim Əzimzadə, Lütfi Zadə, Mehdi Hüseynzadə, Süleyman Rüstəm, M. Nəcəfov, A. Əlizadə, S. Orucov, N. Fərmanzadə kimi şəxsiyyətlər çıxmışdır.Novaxanıda M.Hüseynzade adina 1 saylı tam orta məktəb var. Abşeron nemətlərindən olan zəfəran, badam və püstə sovxozlar ləğv edildiyindən yalnız fərdi həyətlərdə yetişdirilir. Novxanıda XVII əsrə aid Şah Sultan Hüseyn məscidi və "Hacı Səfəralı" məscidi vardır. Qarabağ savaşında 52 novxanılı iştirak edib. Onlardan 5 nəfəri şəhid olub.







Həə beləə buda doğulduğum və bir müddət yaşadığım

Novxanı kəndi .Həqiqətəndə mənim üçün doğmadır ...Hal -hazırda orda qalmasam da

bu heç vaxt

dəyişməyəcək...Məhz bu cür şəxsiyyətlərin bizim kənddən çıxması mənə xüsusi fərəh

verir..Düşündüm ki sizlər ücün də maraqlı olar.Bilmədiklərimizi bilərik..


İmza: KUKULKA

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
726 709 710 561 657 661

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.