ice berg

ice berg Texnologiya 11-08-2026, 16:00

“Google” sabah yeni flaqmanını təqdim edəcək: Hansı yeniliklər var?

“Google” sabah yeni flaqmanını təqdim edəcək: Hansı yeniliklər var?

“Google” yeni “Pixel” 11 seriyasını avqustun 12-də keçiriləcək “Made by Google” tədbirində təqdim etməyə hazırlaşır.

 

Loading.az xəbər verir ki, şirkətin yeni flaqman telefonları ilə yanaşı “Pixel Watch” 5 smart saatını da nümayiş etdirəcəyi gözlənilir.

 

“Pixel” 11 seriyasının əsas yeniliklərindən biri “Google”un yeni Tensor G6 prosessoru olacaq.

 

İlkin məlumatlara görə, yeni çip əvvəlki nəsillə müqayisədə performans baxımından ciddi irəliləyiş və süni intellekt funksiyalarında daha yüksək imkanlar təqdim edəcək.

 

Telefonların kamera sistemində də təkmilləşdirmələr gözlənilir. “Pixel” 11 Pro XL üçün sızan məlumatlarda 120 dəfə böyütmə imkanından bəhs edilir. Bununla belə, bu göstərici hələ “Google” tərəfindən rəsmi təsdiqlənməyib.

 

Yeni seriyanın qiymətlərinin də əvvəlki modellərdən yüksək olacağı bildirilir. İlkin məlumata görə, “Pixel” 11-in başlanğıc qiyməti 899 dollar ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
49 43 50 61 52 34

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.