Ulyaa

Ulyaa Mətbəx 11-08-2026, 19:30

Çiyələkli Pavlova

Çiyələkli Pavlova

Beze üçün:

  • 4 yumurta ağı
  • 200 q şəkər tozu
  • 1 ç.q. limon suyu
  • 1 ç.q. qarğıdalı nişastası
  • 1 ç.q. vanil
  • 1 çimdik duz

Krem üçün:

  • 200 ml soyuq qaymaq (33–35%)
  • 2 x.q. şəkər pudrası
  • 1 ç.q. vanil

Üzəri üçün:

  • 250–300 q çiyələk
  • İstəyə görə nanə
  • İstəyə görə şəkər pudrası

👩🏻‍🍳 Hazırlanması

  1. Sobanı 120°C-yə qədər qızdır.
  2. Yumurta ağlarını duzla köpüklənənə qədər çal.
  3. Şəkəri az-az əlavə edərək 7–10 dəqiqə çal. Parlaq və bərk köpük alınmalıdır.
  4. Limon suyu, nişasta və vanili əlavə edib spatula ilə yavaşca qarışdır.
  5. Soba kağızının üzərinə dairə formasında bezeni yerləşdir. Ortasını bir az çökdür ki, krem üçün yer yaransın.
  6. 120°C-də təxminən 75–90 dəqiqə bişir.
  7. Sobadan çıxardıqdan sonra tam soyumasını gözlə.
  8. Soyuq qaymağı şəkər pudrası və vanillə bərk krem halına gələnə qədər çal.
  9. Kremi bezenin üzərinə yay, üstünə doğranmış çiyələkləri düz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
51 57 66 55 54 62

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.