ice berg

ice berg Mətbəx 12-08-2026, 12:00

Çay saatlarında fərqlilik axtaranlar üçün Aebleskiver resepti

Çay saatlarında fərqlilik axtaranlar üçün Aebleskiver resepti

Danimarka mətbəxinin ənənəvi şirniyyatlarından olan aebleskiver görünüşü ilə kiçik pankek toplarını xatırladır. Xüsusi gözlü tavada bişirilən bu nəfis un məmulatı çölü yüngülcə qızarmış, içi isə yumşaq toxuması ilə diqqət çəkir. Şəkər pudrası, mürəbbə və ya meyvələrlə təqdim edilən Aebleskiver resepti fərqli səhər yeməyi və şirniyyat reseptləri sınamaq istəyənlər üçün əla seçimdir.

 

Loading.Az nəfis ətirli aebleskiver reseptini təqdim edir:

 

Tərkibi:

 

2 stəkan un

 

2 xörək qaşığı şəkər tozu

 

1 çay qaşığı qabartma tozu

 

1 çay qaşığı soda (karbonat)

 

1 çimdik duz

 

2 ədəd yumurta

 

2 stəkan süd

 

2 xörək qaşığı əridilmiş kərə yağı

 

1 paket vanilin

 

Bişirmək üçün:

 

Kərə yağı və ya duru yağ

 

Üstü üçün (təqdimat):

 

Pudra şəkəri

 

Mürəbbə

 

Təzə meyvələr

 

Hazırlanması:

Geniş bir qabda un, şəkər, qabartma tozu, soda, duz və vanili qarışdırın.

 

Başqa bir qabda yumurtaları çalın.

 

Südü və əridilmiş kərə yağını əlavə edərək qarışdırın.

 

Maye qarışığı quru inqrediyentlərin üzərinə tökün.

 

Hamar və axıcı bir xəmir əldə edənə qədər qarışdırın. Xəmiri həddindən artıq çırpmamağa diqqət edin.

 

Aebleskiver tavasını orta odda qızdırın.

 

Hər bir gözü yüngülcə kərə yağı ilə yağlayın.

 

Xəmirdən gözlərin təxminən dörddə üçünü dolduracaq qədər tökün.

 

Xəmirlərin alt hissəsi bişməyə başlayanda çubuq və ya kiçik bir spatula vasitəsilə diqqətlə çevirin.

 

Aebleskiver toplarını çevirərək hər tərəfinin bərabər şəkildə qızarmasını təmin edin. İçlərinin də tamamilə bişdiyinə əmin olun.

 

Bişən Aebleskiver-ləri servis boşqabına yığın.

 

Üstünə pudra şəkəri səpib mürəbbə və təzə meyvələrlə süfrəyə verin.

 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
74 69 60 54 70 46

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.