Verdiyin kitabların hamısını oxuyur?
✿
❀
Bir hekayədən
— Sevdiyin biri var?
Var.
— O da səni sevir?
Hə.
— Hardan bilirsən?
Hər dəfə oxuması üçün ona verdiyim kitabları geri qaytaranda arasına çiçək qoyur.
— Verdiyin kitabların hamısını oxuyur?
Oxuyur.
— Hardan bilirsən?
Kitabda bəyəndiyi cümlələrin altından xətt çəkdiyini görürəm.
— O da sənin kimi insanlığı xilas etmək istəyir?
Hə.
— Hardan bilirsən?
Altını xətlədiyi cümlələrdən.
♡







