İranda yeni güc balansı: Radikallar Trampa təzyiqi davam etdirəcək
Radikal qüvvələr İranda təsir imkanlarını artırıb, ABŞ Prezidenti Donald Trampa təzyiq göstərməyi effektiv vasitə hesab edir və bu kursu davam etdirmək niyyətindədirlər. Loading.Az
xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, İranda liderlik səviyyəsində baş verən dəyişikliklər İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ətrafında konsolidasiyanın gücləndiyini göstərir.
"Daha radikal elementlər özlərinə daha çox güvənirlər. Onlar üstünlük əldə etdiklərini düşünür və hədələrin Trampa təsir etdiyini anlayıblar. Buna görə də bütün bunlar onların bu ideya ətrafında birləşməsinin və mövqelərini daha da gücləndirməsinin bir hissəsidir", - "Bloomberg Economics" şirkətinin Yaxın Şərq geoiqtisadiyyatı şöbəsinin rəhbəri Dina Esfandiari bildirib.






