Ulyaa

Ulyaa İdman 13-08-2026, 09:00

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Messi atasının ölümündən sonra karyerasını davam etdirəcəkmi? - ÖZÜNDƏN AÇIQLAMA

Argentinalı futbolçu Lionel Messi atasının ölümündən sonra futbolçu karyerasını davam etdirmək barədə ciddi şübhəsi olduğunu bildirib.

Messi bu barədə sosial şəbəkə hesabında atasına ünvanladığı duyğusal paylaşımında yazıb.

"Sənsiz nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm. Mən sadəcə futbol oynayırdım, indi isə bunu daha uzun müddət davam etdirib-etdirməyəcəyim barədə böyük şübhələrim var”, – Messi qeyd edib.

Futbolçu atasının həyatının əvvəlindən sonuna qədər onun yanında olduğunu vurğulayıb və ona ünvanlanmış sözlərində "Niyə bir az da dözmədin ki, birlikdə sona çataq?” deyə yazıb.

Messi paylaşımında atasının ondan sonuncu dünya çempionatında oynamağını istədiyini də bildirib. Lakin turnirin başlamasına bir neçə gün qalmış atasının səhhəti pisləşib.

Futbolçunun sözlərinə görə, bu, atasının onun yanında olmadığı ilk dünya çempionatı olub. Messi hər oyundan sonra atasından mesaj gözlədiyini və onun üçün darıxdığını bildirib.

"Həmin vaxt vəziyyətin həqiqətən ciddi olduğunu başa düşdüm”, – argentinalı futbolçu əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 52 67 47 57 33

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.