Rusiyalı qapıçı Fransada diqqət çəkdi - Safonova yüksək qiymət
Fransada PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovun UEFA Super Kubokundakı çıxışı yüksək qiymətləndirilib. Loading.Az
xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
Fransız nəşri Safonova 10 üzərindən 7 bal verib. PSJ-nin qollarını vuran Xviça Kvaratsxeliya və Desir Douai də eyni reytinqə layiq görülüblər. Komandanın baş məşqçisi Luis Enrikeyə isə 8 bal verilib.
PSJ UEFA Super Kubokunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib. Bununla da Paris təmsilçisi tarixində ikinci dəfə bu kuboku qazanıb. Bir il əvvəl PSJ finalda "Tottenhem"i məğlub etmişdi.






