Əməliyyat zamanı ürəyi dayandı: İsa Məsihi gördüyünü iddia etdi
ABŞ-da bir kişi İsa Məsihi 24 saat ərzində iki dəfə gördüyünü iddia edib. Onun sözlərinə görə, ilk görüntü əməliyyat zamanı, ikincisi isə pnevmoniya səbəbilə reanimasiyada olduğu zaman baş verib. Loading.Az
xəbər verir ki, bu barədə "Dangerous Minds" nəşri məqalə yayıb.
Tennessi ştatından olan 54 yaşlı tikinti meneceri Mayk Makkinsi appendisit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, ilk görüntünün əməliyyata hazırlaşarkən baş verdiyini bildirib.
"Sağıma baxdım və İsa əməliyyat otağının qapısından içəri girdi", - deyə Makkinsi bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı ürəyi dayanıb və 45 dəqiqə ərzində reanimasiya olunub. Makkinsi bu zaman İsa Məsihlə üz-üzə görüşdüyünü və onun cənnəti göstərdiyini iddia edib.
O, cənnəti mükəmməl baxımlı otların və nəhəng günbəzli şəhərin olduğu məkan kimi təsvir edib.
Makkinsi həmçinin İsanın ona təsvirlərdə adətən göstərildiyindən fərqli göründüyünü bildirib. Onun sözlərinə görə, Məsihin dərisi daha tünd olub, saçları qısa, tünd qəhvəyi və dalğalı, gözləri isə tünd yaşılımtıl-mavi rəngdə olub.






